404: Not Found
Qərəzsizliyi, çevikliyi və peşəkarlığı təmin etmək üçün E-nəzarət platforması aşağıdakı QAYDALARI rəhbər tutur:
Qayda 1. Bütün müraciətlərin məzmunu ilkin yoxlanışdan keçir
İlkin yoxlanışın məqsədi böhtan, təhqir, qanuna zidd, təqib, təhdid və ya irqçi məzmunlu mesajları məhdudlaşdırmaq üçündür.
Qayda 2. Fərdi məlumatlar qorunur
Sizin göndərdiyiniz problem haqqında məlumat sayta yerləşdirilərkən sizin fərdi məlumatlarınız (ünvan və ya telefon) yerləşdirilməyəcək.
Qayda 3. Bu platforma fövqəladə vəziyyət barədə məlumat vermək üçün forma deyil
1. Qayda 4: E-nəzarət aşağıdakı problemlərə dair foto və ya video sübutu olan müraciətləri qəbul edir
2. Boru sızması (su, qaz, kanalizasiya və s.)
3. Tullantıların idarə olunması
4. İcma üçün təhlükə ehtimalları ( təhlükəli vəziyyət, tərk edilmiş əşyalar və s. )
5. Yol örtüyü problemi
6. Transformator və elektrik naqilləri ilə bağlı problemlər
7. Ağaclarla bağlı problemlər ( aşma, quruma, budanma və s. )
8. Lyuklarla bağlı problemlər
9. Qeyri-sosial davranış
10. Heyvanlara qarşı qəddarlıq
11. Parklanma qaydalarının pozulması
12. Məktəbdə uşaqlara qarşı zorakılıq
13. İctimai yerlərdə işıqlandırma ilə bağlı problemlər
14. İctimai yerlərdə vandalizm
15. Yol nişanları ilə bağlı problemlər ( nişanın olmaması, zədələnməsi və s. )
16. Panduslarla bağlı problemlər
17. Liftlərlə bağlı problemlər
18. Həşəratlar və siçovullarla bağlı problemlər
19. Sahibsiz və ya vəhşi heyvanlarla bağlı problemlər (it, ilan, ayı, canavar və s.)
20. Ağacların qanunsuz kəsilməsi
21. Reklamlarla bağlı problemlər
Qayda 5: E-nəzarət aşağıdakı problemlərə dair müraciətləri qəbul etmir:
Fərdi işlərlə əlaqəli problemlər (cinayət işi, inzibati icraat, mülki mübahisələr və s.);
Toplaşmaq azadlığı ilə bağlı problemlər;
İnsan hüquqları pozuntuları;
Məhkəmədən şikayətlər.
Qayda 6: Dövlət orqanının işinin qiymətləndirilməsi
Vətəndaşın müraciəti əsasında dövlət orqanı məsələni həll etdikdə, vətəndaş bal sistemi ilə dövlət orqanının işini qiymətləndirir (1 bal – ən aşağı, 5 bal - ən yuxarı).
Vətəndaş hər hansı bir səbəbdən həll olunmuş müraciətə görə bal verməkdən imtina etdikdə, E-nəzarət komandası müştərək qərarı ilə balı özü müəyyən edəcək.
Haqqımızda :
Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Sosial İştiraka Dəstək, “Şəffaflıq naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) layihəsi çərçivəsində icra edilir. Layihənin icrası "MG Consulting" MMC tərəfindən həyata keçirilir.
Layihənin məqsədi:
Layihənin məqsədi ictimaiyyəti narahat edən bir sıra məsələlərə dair vətəndaşlardan video və ya foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır. Eyni zamanda, Onlayn İctimai Nəzarət Platforması ictimaiyyət üçün narahatlıq doğuran hər bir məsələyə səlahiyyətli orqanların reaksiyasını qiymətləndirmək imkanı təmin edəcəkdir.
İctimai nəzarət niyə önəmlidir ? Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, "İctimaiyyəti bizim ümumi işimizə cəlb etməliyik. Həm ictimaiyyət nümayəndələri öz səylərini göstərsinlər, həm də sizin işinizə, dövlət orqanlarının işinə nəzarət etsinlər". İctimai nəzarət dövlət orqanlarının işində şəffaflığın və hesabatlılığın artmasına ciddi təkan verir. İctimai nəzarəti həyata keçirməklə vətəndaş dövlət idarəçiliyində iştirak etmiş olur, aktiv və məsuliyyətli vətəndaş kimi çıxış edir.
Platforma dövlət orqanına necə yardımçı olacaq ?
Dövlət orqanı Onlayn İctimai Nəzarət Platformasının müəyyən etdiyi bir sıra problemlərə dair operativ, qərəzsiz və peşəkar tərtib edilmiş müraciət əldə edəcək. Hal-hazırda sosial şəbəkələrdə oxşar problemlər qaldırılanda müxtəlif insanlar dövlət orqanlarına qarşı nalayiq ifadələr və təhqirlərlə çıxış edirlər. Belə münasibət dövlət orqanı ilə vətəndaş münasibətlərində maneə yaradır. Onlayn İctimai Nəzarət Platformasında isə kənar şəxslərin hər hansı rəy, fikir və ya mövqe bildirmək imkanı olmayacaq. Eyni zamanda, mətbuat orqanları bu platformadan məlumat mənbəyi kimi istifadə edə biləcəkdir.
Platforma vətəndaşa hansı imkanları yaradacaq ?
Platforma vətəndaşa icma problemlərinin həllinə nail olmaq, eyni zamanda ictimai nəzarəti həyata keçirərək dövlət idarəçiliyində iştirak etmək imkanı yaradacaq.
Platformada göstərilən və həll ediləcək olan problemlər | Platformada göstərilən problemləri həll etmə səlahiyyəti olan qurumlar |
---|---|
Boru sızması (Su, qaz, kanalizasiya) | "Azərsu" ASC, "Azəriqaz" İstehsalat Birliyi |
Yiyəsiz və ya vəhşi heyvanlarla bağlı problemlər (it, ilan, ayı, canavar və s.) | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi(AAYDA) (Problem Bakı şəhərində olarsa ) Yerli icra hakimiyyətləri (Problem digər rayonlarda olarsa ) |
.accordion-body
, though the transition does limit overflow.
Lorem ipsum dolor sit amet consectetur adipisicing elit. Eveniet, itaque accusantium odio, soluta, corrupti aliquam quibusdam tempora at cupiditate quis eum maiores libero veritatis? Dicta facilis sint aliquid ipsum atque?