Qərəzsizliyi, çevikliyi və peşəkarlığı təmin etmək üçün E-nəzarət platforması aşağıdakı QAYDALARI rəhbər tutur:
Qayda 1. Bütün müraciətlərin məzmunu ilkin yoxlanışdan keçir
İlkin yoxlanışın məqsədi böhtan, təhqir, qanuna zidd, təqib, təhdid və ya irqçi məzmunlu mesajları məhdudlaşdırmaq üçündür.
Qayda 2. Fərdi məlumatlar qorunur
Sizin göndərdiyiniz problem haqqında məlumat sayta yerləşdirilərkən sizin fərdi məlumatlarınız (ünvan və ya telefon) yerləşdirilməyəcək.
Qayda 3. Bu platforma fövqəladə vəziyyət barədə məlumat vermək üçün forma deyil
Qayda 4: E-nəzarət aşağıdakı problemlərə dair foto və ya video sübutu olan müraciətləri qəbul edir
- Boru sızması (su, qaz, kanalizasiya)
- Tullantıların idarə olunması
- İcma üçün təhlükəli olan və tərk edilmiş əşyalar
- Yol örtüyü problemi
- Açıq transformatorlar və elektrik naqilləri ilə bağlı problemlər
- Aşmış ağaclar
- Açıq lyuklar
- Qeyri-sosial davranış
- Heyvanlara qarşı qəddarlıq
- Parklanma qaydalarının pozulması
- Məktəbdə uşaqlara qarşı zorakılıq
- İctimai yerlərdə xarab olmuş işıqlandırma
- İctimai yerlərdə vandalizm
- Yol nişanının olmaması / zədələnməsi
- Əlillər üçün pandus problemləri
- Liftlərlə bağlı problemlər
- Həşəratlar və siçovullarla bağlı problemlər
- Yiyəsiz və ya vəhşi heyvanlarla bağlı problemlər (it, ilan, ayı, canavar və s.)
- Ağacların qanunsuz kəsilməsi
- Reklamlarla bağlı problemlər
Qayda 5: E-nəzarət aşağıdakı problemlərə dair müraciətləri qəbul etmir:
- Fərdi işlərlə əlaqəli problemlər (cinayət işi, inzibati icraat, mülki mübahisələr və s.);
- Toplaşmaq azadlığı ilə bağlı problemlər;
- İnsan hüquqları pozuntuları;
- Məhkəmədən şikayətlər.
Qayda 6: Dövlət orqanının işinin qiymətləndirilməsi
Vətəndaşın müraciəti əsasında dövlət orqanı məsələni həll etdikdə, vətəndaş bal sistemi ilə dövlət orqanının işini qiymətləndirir (1 bal – ən aşağı, 5 bal - ən yuxarı). Vətəndaş hər hansı bir səbəbdən həll olunmuş müraciətə görə bal verməkdən imtina etdikdə, E-nəzarət komandası müştərək qərarı ilə balı özü müəyyən edəcək.