Çünki sizləri düşünürük..

  • Sual: Qaz sızması zamanı hara müraciət edilməlidir?

    Cavab: Qaz sızması zamanı aidiyyəti üzrə “Azəriqaz” İstehsalat Birliyinə (Qaynar xətt: 104/185) müraciət edilməlidir.

  • Sual: Məişət tullantılarının vaxtında daşınmaması ilə əlaqədar hara müraciət edilməlidir?

    Cavab: Məişət tullantılarının daşınması ilə bağlı müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumlarına (Kommunal Müəssisələr Kombinatı, Mənzil Kommunal Təsərrüfatı Birlikləri, Bakı şəhəri üzrə “Təmiz şəhər” ASC) müraciət edilməlidir.

  • Sual: Naməlum aşya aşkar edildikdə hara müraciət edilməlidir ?

    Cavab: Təhlükəsizlik qaydalarına riayət edilməklə (həmin aşyalara əl dəyilməməlidir) müvafiq olaraq AR Daxili İşlər Nazirliyinə (Qaynar xətt: 102) və ya AR Fövqəladə Hallar Nazirliyinə (Qaynar xətt: 112) müraciət edilməlidir.

  • Sual: Yol örtüyü yararsız hala düşdükdə hara müraciət edilməlidir?

    Cavab: Yol örtüyünün dağılması (yeyilməsi, çatlaması, çuxurların yaranması və s.) hallarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (Qaynar xətt: 012 599-79-75) müraciət edilməlidir.

  • Sual: Açıq transformatorlar və elektrik naqilləri aşkar edildikdə hara müraciət edilməlidir?

    Cavab: Açıq transformatorlar və elektrik naqilləri aşkar edildikdə müvafiq olaraq “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (Qaynar xətt: 199) müraciət edilməlidir.

  • Sual: Aşmış ağac aşkar edildikdə hara müraciət edilməlidir?

    Cavab: Aşmış ağac aşkar edildikdə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Qaynar xətt: 168), həmin ağac fövqəladə hal yaratdıqda AR Fövqəladə Hallar Nazirliyinə (Qaynar xətt: 112)müraciət edilə bilər.

  • Sual: Açıq lyuk aşkar etdikdə hara müraciət edilməlidir?

    Cavab: Göstərilən lyukun harda yerləşməsindən və hansı xidmətə aid olmasından asılı olaraq aidiyyəti üzrə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə (Qaynar xətt: 955), Avtomobil Yolları Dövlət Agentliyinə (Qaynar xətt: (012) 599-79-75) və ya AR Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinə (Qaynar xətt: 1655) müraciət edilməlidir.

  • Sual: Şəxslərin qeyri-sosial davranışı ilə əlaqədar hara müraciət edilməlidir?

    Cavab: Qeyri-sosial davranışla (xuliqanlıq, əxlaqsızlıq və s.) rastlaşdıqda AR Daxili İşlər Nazirliyinə (Qaynar xətt: 102) müraciət edilməlidir.

  • Sual: Heyvanlara qarşı qəddarlıqla rastlaşdıqda hara müraciət edilməlidir?

    Cavab: Heyvanlara qarşı qəddarlıqla rastlaşdıqda AR Daxili İşlər Nazirliyinə (Qaynar xətt: 102)və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Qaynar xətt: 168) müraciət edilməlidir.

  • Sual: Avtomobilin düzgün park edilməməsi ilə rastlaşdıqda hara müraciət edilməlidir?

    Cavab: Nəqliyyat vasitəsinin parklanması qaydasının pozulması ilə əlaqədar aidiyyəti üzrə Bakı Nəqliyyat Agentliyinə (Əlaqə: 012 404 41 20) və AR Baş Dövlət Yol Polisi İdarəsinə (Əlaqə: 012 342 32 82) müraciət edilməlidir.

  • Sual: Məktəbdə uşaqlara qarşı zorakılıqla rastlaşdıqda hara müraciət edilməlidir?

    Cavab: Məktəbdə uşaqlara qarşı zorakılıqla rastlaşdıqda adiyyatı üzrə AR Təhsil Nazirliyinə (Qaynar xətt: 146) və AR Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinə (Əlaqə: 012 498 00 92) müraciət edilməlidir.

  • Sual: İctimai yerlərdə xarab olmuş işıqlandırma ilə rastlaşdıqda hara müraciət edilməlidi?

    Cavab: İctimai yerlərdə xarab olmuş işıqlandırma ilə rastlaşdıqda ərazidən asılı olaraq “Azərişıq” ASC-yə (Qaynar xətt: 199), AR Mədəniyyət Nazirliyinə (Qaynar xətt: 147) və ya yerli icra hakimiyyəti qurumlarına müraciət edilməlidir.

  • Sual: Yol nişanının olmadığı və ya zədələndiyi halda hara müraciət edilməlidir?

    Cavab: Yol nişanının olmadığı və ya zədələndiyi halda ərazidən asılı olaraq yerli icra hakimiyyəti qurumlarına, AR Mədəniyyət Nazirliyinə (Qaynar xətt: 147), AR Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına müraciət edilməlidir.

  • Sual: Əlillərin istifadəsi üçün nəzərdə tutulan pandus problemləri ilə əlaqədar hara müraciət edilməlidir?

    Cavab: Əlillərin istifadəsi üçün nəzərdə tutulan pandus problemləri ilə əlaqədar AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Qaynar xətt: 142) və yerli icra hakimiyyəti qurumlarına müraciət edilməlidir.

  • Sual: Liftlərlə bağlı problemlərlə əlaqədar hara müraciət edilməlidir?

    Cavab: Liftlərlə bağlı problemlərlə əlaqədar “Lifttəmir” İstehsalat Birliyinə, yerli icra hakimiyyəti qurumlarına müraciət edilməlidir.

  • Sual: Siçovullarla bağlı problemlərlə əlaqədar hara müraciət edilməlidir?

    Cavab: Həşaratlar və siçovullarla bağlı problemlərlə əlaqədar müvafiq ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzinə və AR Kənd Təsərrüfatı Nazirliyinə (problem əkin sahələrində olarsa) (Qaynar xətt: 1652) müraciət edilməlidir.

  • Sual: Yiyəsiz itlərlə bağlı hara müraciət edilməlidir?

    Cavab: Yiyəsiz və ya vəhşi heyvanlarla bağlı problemlərlə (it, ilan, ayı, canavar və s.) əlaqədar AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Qaynar xətt: 168) və ya AR Daxili İşlər Nazirliyinə (Qaynat xətt: 102) müraciət edilməlidir.

  • Sual: Ağacların qanunsuz kəsilməsi ilə əlaqədar hara müraciət edilməlidir?

    Cavab: Ağacların qanunsuz kəsilməsi ilə əlaqədar AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Qaynar xətt: 168) və ya AR Daxili İşlər Nazirliyinə (Qaynar xətt: 102) müraciət edilməlidir.